On dörd şirkətə qarşı antiinhisar qanunvericiliyinin pozulmasına dair iş qaldırıb

Ərzaq bazarında antiinflyasiya tədbirləri davam edir. Uzun düyü və qarabaşaq bazarında qanunvericiliyin pozulması aşkarlanıb.
Sputnik
BAKI, 26 may — Sputnik. Ölkədə həyata keçirilən antiinflyasiya tədbirləri çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ərzaq bazarında antiinhisar qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət məqsədilə araşdırmaları davam etdirir.
Xidmətin məlumatına görə, araşdırma zamanı istehlak səbətinə daxil olan uzun düyü və qarabaşaq bazarında bir çox təsərrüfat subyektləri tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunub.
Bununla əlaqədar Dövlət Xidməti tərəfindən "Babək" firması, "Vuqma-qida" MMC, "Abşeron Treyd" MMC, "Xudafərin-1" MMC, "Elsaan Group" MMC, "Veysəloğlu" MMC, "Qida XXI" MMC, "Best-Tarım" MMC, "Tamashee Foods" MMC, "Araz Supermarket" MMC, "Al market" MMC, "Sun Food" MMC, "OBA Market" MMC, "Bazarstore" MMC və fiziki şəxs Kərimov İlqar Məmmədhəsən oğluna qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İşə baxılması barədə məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində (https://competition.gov.az/az/page/melumat-merkezi/faydali/baxilacaq-islerin-cedveli.) yerləşdirilir.
Qeyd edək ki, bundan öncə duz bazarında antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Araşdırma zamanı “Azərbaycan Duz İstehsalat Birliyi” ASC və “SunFood” MMC tərəfindən antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar olunaraq həmin təsərrüfat subyektləri barədə iş qaldırılıb.
Xatırladaq ki, qanun pozuntusu halları ilə rastlaşan sahibkarlar 195-1 Çağrı Mərkəzi, elektron poçt (office@competition.gov.az) və digər vasitələrlə Dövlət Xidmətinə müraciət edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.