BAKI, 26 may — Sputnik. 10-15 il əvvəl bir sıra ölkələr bizə pilotsuz uçuş aparatları satmırdı və bu yolla bizim terrorla mübarizəmizdə dəstəklərini əsirgəyirdilər. Lakin milli texnologiyamızla bu prosesi tərsinə çevirdik. Hazırda həmin ölkələr Türkiyənin möcüzə texnologiyalarını almaq üçün sırada gözləyirlər.
Bu sözləri Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.
Nazir qeyd edib ki, gənclərə bu sahədə dəstək verilməlidir: “Hər il festival iştirakçılarının sayı rekord qırır. Siyasi müstəqilliyin yolu texnoloji müstəqillikdən keçir".
Varankın sözlərinə görə Türkiyəyə Kipr, terrorla mübarizə məsələlərində dünyanın necə münasibət bəslədiyi hər kəsə məlumdur: "Teknofest Azərbaycan" bu münasibətlərə verilən ən böyük cavabdır. Bu gün biz təkcə texnologiya festivalı keçirmirik, eyni zamanda qardaş ölkələr olduğumuz mesajını da dünyaya ötürürük. Eşq olsun Can Azərbaycana, Türkiyəyə!”.
“Biz bu gün bütün imkanlarımızla Azərbaycanın yanındayıq. Bütün dünya da bilsin ki, sabah da Azərbaycanın yanında olacağıq”, - deyə o əlavə edib.
Xatırladaq ki, Bakıda "Teknofest-Azərbaycan" festivalına start verilib. Festival ayın 29-dək keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.