HADİSƏ

Ciddə-Bakı aviareysi gecikir

Səudiyyə Ərəbistanından Azərbaycana uçmaq istəyən sərnişinlər mənzil başına bir qədər gec çatacaqlar.
Sputnik
BAKI, 26 may - Sputnik. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya həyata keçirilməsi olan reysi (J2-1092) texniki səbəblərə görə gecikir.
Sputnik Azərbaycan AZAL-a istinadən xəbər verir ki, sərnişinlər Bakıya digər təyyarə ilə yola düşəcəklər.
Onlar aviaşirkətin qaydalarına uyğun olaraq içkilər və qidalanma da daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Rusiyanın daha bir şəhəri ilə Bakı arasında təyyarə əlaqəsi qurulacaq