CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı və bir sıra rayonlarda suyun verilməsində məhdudiyyətlər olacaq

Kürün suyu azalanda bir problem olur, artanda isə digər çətinlik əmələ gəlir.
Sputnik
BAKI, 26 may - Sputnik. İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin artması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb.
“Azərsu” ASC-dən verilən məlumata görə, bununla əlaqədar Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
VİDEO
Kəndin yuxarısındakıların axıtdığı çirkab su aşağıdakılara ziyan vurur - Günah kimdədir?