BAKI, 26 may — Sputnik. Mayın 18-dən 20-dək Bakı Ekspo Mərkəzində 15-ci yubiley Azərbaycan Beynəlxalq "Kənd Təsərrüfatı" Caspian Agro-2022 sərgisi keçirilib. Sərgidə digər ölkələrin nümayəndə heyətləri ilə yanaşı, Volqoqrad vilayətinin nümayəndə heyəti də iştirak edib.
Səfər zamanı nümayəndə heyəti müxtəlif sənaye sahələrinə baş çəkib, sərgidə iştirak edib, həmçinin Volqoqrad regionu ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində bir sıra işgüzar görüşlər keçirib.
Volqoqrad vilayəti ilə Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin inkişaf perspektivləri və Azərbaycana səfərinin nəticələri barədə mayın 27-də, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində mətbuat konfransı keçiriləcək. Tədbirdə Volqoqrad vilayətinin "İxracata Dəstək Mərkəzi"nin direktoru Viktoriya Afanasova, Volqoqrad vilayətinin İqtisadi Siyasət və İnkişaf Komitəsinin beynəlxalq, xarici iqtisadi və regionlararası əlaqələr şöbəsinin rəisi Marina Oqoleva məlumat verəcəklər.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.