BAKI, 25 may - Sputnik. Rusiyanın strateji məqsədi Cənubi Qafqazı sabitlik və firavanlıq zonasına çevirmək, bu prosesi təşviq etməkdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova ənənəvi həftəlik brifinq zamanı deyib.
O qeyd edib ki, bu yolda əsas vəzifələrdən biri Bakı ilə Yerevan arasında münasibətlərin hərtərəfli normallaşdırılması, davamlı sülhün bərqərar olmasıdır.
Zaxarovanın sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında dəfələrlə danışılan və ardıcıl olaraq həyata keçirilən üçtərəfli sazişlər bu istiqamətdə səylərin əsasını təşkil edir:
"Rusiya Bakı və İrəvandan olan tərəfdaşlara bütün istiqamətlərdə, o cümlədən nəqliyyat əlaqələrinin açılması, sərhədlərin delimitasiyası, ictimai dialoqun qurulması və dinc dialoqun inkişafı da daxil olmaqla, hərtərəfli yardım göstərir".
XİN rəsmisi onu da bildirib ki, Rusiya Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyaya məsləhətçi yardım göstərməyə hazırdır.
Onun sözlərinə görə, Rusiya postsovet məkanında delimitasiya və sərhəd mübahisələrinin həlli sahəsində unikal ekspert potensialına malikdir:
"Biz öz təcrübəmizi və qabaqcıl təcrübəmizi bölüşməkdən məmnun olarıq. Məsləhətçi yardım göstərmək üçün rusiyalı ekspertlərdən ibarət komanda artıq formalaşıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.