FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Texasda kütləvi qətl: 18 yaşlı oğlan 19 uşağı güllələyib - Fotolar

ABŞ-ın Texas ştatının Yuvalde şəhərində ibtidai təmayüllü məktəbdə son 10 ilin ən böyük qətli törədilib: 19 uşaq və 2 müəllim həyatını itirib. Faciə yerindən görüntüləri Sputnik Azərbaycan-ın foto lentində izləyə bilərsiniz.
Sputnik
Mayın 24-də Texasın Yuvalde şəhərinin 18 yaşlı sakini Salvador Ramos ibtidai təmayüllü məktəbdə silahla atəş açıb. Son məlumatlara görə, 19 uşaq və iki müəllim həlak olub, qatil polis tərəfindən öldürülüb.
Qubernator Qreq Ebbotun sözlərinə görə, şübhəli şəxs tapança ilə silahlanaraq təkbaşına hərəkət edib. Üstəlik, üzərində avtomat da olub.
Bu, ABŞ-da son 10 gündə ikinci kütləvi qətl hadisəsidir. Şənbə günü, mayın 14-də Nyu-Yorkun Buffalo şəhərində 18 yaşlı gənc ərzaq mağazasında 10 nəfərin həyatına son qoyub. Polis hesab edir ki, hakimiyyət orqanlarına təslim olan cinayətkar bu hadisəni törədərkən hökumətin yürütdüyü irqçi siyasətə nifrət motivlərini rəhbər tutub.
1 / 13

Texas ştatının Yuvalde şəhərində ibtidai təmayüllü məktəbdə odlu silahdan açılan atəş nəticəsində 19-u uşaq olmaqla 21 nəfər həlak olub.

2 / 13

18 yaşlı Salvador Ramos yerli vaxtla təxminən saat 11:30-da Yuvalde şəhərinin ibtidai təmayüllü məktəbinə daxil olub.

3 / 13

Texas qubernatoru Qreq Ebbott bildirib ki, qatil tapança və avtomat ilə silahlanıb, həmçinin gülləkeçirməz jilet geyinmişdi.

4 / 13

KİV-in məlumatına görə, hücum edən şəxs şagirdlərə və müəllimlərə fərq qoymadan atəş açıb.

5 / 13

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları Ramosla atışmaya başlayıblar.

6 / 13

Nəticədə o, zərərsizləşdirilib, azı iki hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

7 / 13

Texas senatoru Roland Quterresin "CNN"ə verdiyi məlumata görə, hadisədən bir qədər əvvəl Ramos öz nənəsinə atəş açıb. O, yerli xəstəxanalardan birinə yerləşdirilib.

8 / 13

ABŞ senatorunun sözlərinə görə, şübhəli şəxs doğum günündən sonra özünə iki avtomat alıb.

9 / 13

Hadisədən bir neçə gün əvvəl Ramos sosial şəbəkədə AR15 tipli iki tüfəngin fotosunu paylaşıb.

10 / 13

Bundan əlavə, qatil "TikTok" hesabının başlığında "Uşaqlar, real həyatda qorxun" sözlərini qeyd edib.

11 / 13

Ramosun sinif yoldaşının dediyinə görə, qatil xarici görünüşünə və ailənin maddi vəziyyətinə görə sinif yoldaşları tərəfindən həmişə lağ edilib və bu onun məktəbə az getməsinə səbəb olub.

12 / 13

ABŞ Prezidenti Co Bayden çərşənbə axşamı xalqa xüsusi müraciətində silah lobbisinə meydan oxumağa çağırıb.

13 / 13

Bayden bildirib ki, ABŞ Konqresi ictimai yerlərdə, xüsusən də ölkənin təhsil müəssisələrində daha çox atışma hallarının qarşısını almaq üçün tədbirlər görməlidir.