BAKI, 25 may — Sputnik. Bakıda keçiriləcək "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn "Baykar Texnologiya"nın rəhbəri Səlcuq Bayraktar Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi ilə uçub.
S.Bayraktarı uçuş zamanı pilot, polkovnik Zaur Rüstəmov müşayiət edib.
“İlk dəfə döyüş təyyarəsi ilə uçmaq əziz Azərbaycan səmalarında nəsib oldu”, - deyə S.Bayraktar sosial şəbəkədə qeyd edib.
Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçiriləcək.