BAKI, 25 may — Sputnik. Moskva hakimiyyəti koronavirus məhdudiyyətlərinin pozulmasına görə ödənilməmiş cərimələrin yığımını dayandıracaq. Bu barədə mer Sergey Sobyaninin rəsmi bloqunda məlumat verilib.
Şəhər administrasiyası sakinlərə, fərdi sahibkarlara və hüquqi şəxslərə artıq ödənilmiş cərimələrə görə kompensasiya ödəyir.
"Moskvanın icra hakimiyyəti orqanları və onların tabeliyində olan qurumlar tərəfindən bütün COVID məhdudiyyətlərinin (evdə təcrid rejiminə əməl edilməməsi istisna olmaqla) pozulmasına görə tətbiq edilən cərimələr kompensasiya edilməlidir", – deyə açıqlamada qeyd olunub.
"Kovid amnistiyası" iyunun 1-dən qüvvəyə minir. Hökumət proqramının həcmi 13,6 milyard rubl olaraq qiymətləndirilib.
Pulu geri almaq üçün bu ilin dekabrın 31-dən gec olmayaraq "Mənim sənədlərim" dövlət xidməti mərkəzinə müraciət etmək lazımdır. Bu zaman inzibati cərimənin təyin edilməsi barədə qərar və ödənişi təsdiq edən sənəd tələb olunacaq. Ərizə formaları "mos.ru" portalında yerləşdiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.