BAKI, 26 may — Sputnik. Qərb mediasında Ukraynada baş verənlərlə bağlı obyektiv informasiya qıtlığı var və rusofobik yanaşma hökm sürür.
Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
"Əlbəttə ki, informasiya sahəsində baş verənləri obyektiv təhlil etmək cəhdinə əsaslanmayan rusofobiya yanaşması üstünlük təşkil edir ", - deyə o, jurnalistlərə bildirib.
Peskov, eyni zamanda, qeyd edib ki, Kreml də obyektiv nəşrləri müşahidə edib.
"Əlbəttə ki, biz bunu müşahidə edirik. Biz KİV-ni, o cümlədən Qərb mediasını izləyirik. Amma təəssüf ki, hələ də obyektiv məlumatlar çox azdır, bu cür informasiyalarda ciddi çatışmazlıq var", - deyə o, sözünü yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.