QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycanda saxlanılan Ermənistan əsgəri ölkəsinə təhvil veriləcək

Erməni hərbçisi cari ilin aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan ərazisinə keçərkən yaxalanıb.
Sputnik
BAKI, 25 may — Sputnik. Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan, Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov Ermənistan tərəfinə təhvil veriləcək.
Bu barədə Trend-ə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov bildirib.
O qeyd edib ki, Ermənistanın hərbi qulluqçusu bu həftə Ermənistan tərəfə təhvil veriləcək.
Xatırladaq ki, Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan ərazisinə keçərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.