SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan siyasi və sosial sabitlik yolunda inamla irəliləyir - Sergey Lebedev

MDB İK sədri Azərbaycanın dövlət başçısını ölkəmizin Müstəqillik Günü münasibətilə təbrik edib.
Sputnik
BAKI, 25 may - Sputnik. Müstəqil Dövlətlər Birliyi (MDB) İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev Azərbaycan prezidenti İlham Əliyevə ölkəmizin 28 may - Müstəqillik Günü münasibətilə təbrik ünvanlayıb. Bu barədə Azərtac xəbər verir.
Təbrikdə deyilir:
"Azərbaycan dövlət müstəqilliyi illərində dünya birliyinin tamhüquqlu üzvünə çevrilib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb.
Bu gün Azərbaycan Sizin rəhbərliyinizlə ölkədə siyasi və sosial-iqtisadi sabitliyin möhkəmlənməsinə istiqamətlənmiş kompleks dövlət islahatları yolu ilə inamla irəliləyir.
Əminəm ki, Sizin çoxşaxəli fəaliyyətiniz bundan sonra da Azərbaycan Respublikasının inkişafına və onun xalqının rifahının yaxşılaşmasına xidmət edəcək, Müstəqil Dövlətlər Birliyi çərçivəsində səmərəli əməkdaşlığımız isə gələcəkdə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, bütün Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.