NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan nefti bahalaşmaqda davam edir

Neftin qiymətləri ABŞ-da dizel ehtiyatlarının 2013-cü ildən bəri ən aşağı səviyyəyə çatdığını göstərən məlumatların yayılması ilə yüksəlməyə başlayıb.
Sputnik
BAKI, 25 may — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
"Azeri Light" markalı neftin qiyməti 0,24 dollar artaraq 122,94 dollar olub.
London birjasında “Brent” markalı neftin qiyməti 0,84 dollar artaraq 114,40 dollar, Nyu-York birjasında “Light” markalı neftin qiyməti isə 0,96 dollar bahalaşaraq 110,73 dollar olub.
Qeyd edək ki, neft qiymətləri ABŞ-da dizel ehtiyatlarının 2013-cü ildən bəri ən aşağı səviyyəyə çatdığını göstərən məlumatların yayılması ilə yüksəlib. Avropa İttifaqında Rusiya neftinə embarqo cəhdləri də qiymətlər təsirini davam etdirir.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.