BAKI, 25 may — Sputnik. Dövlət Neft Fondu (ARDNF) fişinq hücumları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, qurum bəyan edib ki, son həftələr onun, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz treydinqi fəaliyyəti haqqında xəbərlər, təqdim olunan müvafiq onlayn platforma tamamilə yanlışdır və həqiqəti əks etdirmir.
"Bu paylaşımların ARDNF-in fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Vətəndaşlara fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləmək tövsiyə olunur", - deyə açıqlamada qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.