RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Türkiyədən Ukrayna ilə bağlı dünyaya çağırış

Türkiyənin səhiyyə naziri Fahrettin Koca Ukraynada "etibarlı tibbi dəhliz" yaradılması təşəbbüsü ilə çıxış edib.
Sputnik
BAKI, 24 may — Sputnik. Elvin Səlimov. Türkiyənin səhiyyə naziri Fahrettin Koca yaralıların və xəstələrin qarşıdurma zonasından çıxarılması üçün Ukraynada "etibarlı tibbi dəhliz" yaradılması təşəbbüsü ilə çıxış edib. O, bu barədə Cenevrədə keçirilən 75-ci Ümumdünya Səhiyyə Assambleyasında bildirib.
"Xəstə və yaralıların münaqişə zonasından çıxarılması üçün etibarlı tibbi dəhliz yaratmaq lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı başda olmaqla beynəlxalq ictimaiyyətdən bu təklifi dəstəkləmələrini xahiş etmək istərdim. Türkiyə evakuasiya və tibbi yardım məsələlərində ondan asılı olan hər şeyi etməyə hazırdır", - deyə nazir bildirib.
Onun sözlərinə görə, Türkiyə humanitar yardım çərçivəsində Ukraynaya dərmanlar göndərir.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.