RUSİYA

Rusiyanın missiyası bəşəriyyəti XXI-ci əsrə layiq olmayanlardan xilas etməkdir - Kiselyov

"Rossiya seqodnya" Beynəlxalq Xəbər Agentliyinin platformasında çərşənbə axşamı "Yeni reallığın yeni mənaları" forumu keçirilir.
Sputnik
BAKI, 24 may — Sputnik. ""Rossiya seqodnya" Beynəlxalq Xəbər Agentliyinin platformasında keçirilən "Yeni reallığın yeni mənaları" forumu, hazırda baş verən dəyişikliklərlə əlaqədar çağırışlarla işləmək və "dünyanın yeni bir konstruksiyasının yazılmasından ötrü "yeni bir dil yaratmaq üçün" istiqamətlənib". RİA Novosti xəbər verir ki, bunu "Rossiya seqodnya" Beynəlxalq Media Qrupunun baş direktoru Dmitri Kiselyov deyib.

"Dəyişikliklər ilham verir və yeni işlərə çağırır, baş verənləri dərk etməyə, dünyanın yeni konstruksiyasının yazılması üçün yeni dil yaratmağa ruhlandırır və bu, gözümüzün qabağında baş verir. "Rossiya seqodnya" Media Qrupunun "Yeni reallığın yeni mənaları" forumu məhz bu məsələnin həllinə yönəlib. Mən bütün iştirakçılara gərgin intellektual iş arzulayıram. Bu, son dərəcə vacibdir", - deyə Kiselyov forum zamanı bildirib.

"Rusiya - qlobal missiyası bəşəriyyəti heyvani vəziyyətə düşməkdən, bütün alçaqlığı ilə parçalanmaqdan, maarifçilik ruhuna layiq olmayan, XXI-ci əsrə layiq olmayanlardan xilas etmək olan bir ölkədir. Bizim əlimizdə güc var. Silahların gücü və həqiqətin qüdrəti. Və biz bu missiyaya uyğun olacağıq", - deyə o, sözünü yekunlaşdırıb.
Mayın 24-də Moskvada Dövlət Dumasının və Federasiya Şurasının nümayəndələrinin, blogerlərin və rəy liderlərinin, həmçinin, mərkəzi KİV rəhbərlərinin və jurnalistlərin iştirakı ilə "Yeni reallığın yeni mənaları" beynəlxalq forumu keçirilir. Forumun təşkilatçısı "Rossiya seqodnya" media qrupudur. Moskvanın Zubovski bulvarı 4 ünvanında yerləşən media qrupunun multimedia mətbuat mərkəzi forumun platforması kimi çıxış edir.
Forumun tam proqramı ilə http://pressmia.ru/pressclub/20220524/953635563.html saytında tanış olmaq olar. Forumun əsas mövzuları arasında neonasizmə qarşı mübarizə, informasiya müharibələri, insan hüquqları kontekstində ikili standartlar, faktların təhrif edilməsi və tarixi təhriflərə müqavimətin zəruriliyi kimi dövrümüzün ən kəskin problemləri var.
Forum çərçivəsində mətbuat mərkəzində "Yeni həyat. Başlanğıc" adlı fotosərgi də açılıb. O, "Rossiya seqodnya"nın fotojurnalistlərinin XHƏ (xüsusi hərbi əməliyyat) zamanı Rusiya Silahlı Qüvvələrinin azad etdiyi ərazilərdə dinc həyatın bərpası ilə bağlı kadrlarına əsaslanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.