RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

“Rosqvardiya” 600-dən çox piyada əleyhinə mina zərərsizləşdirib

Qurumun mətbuat xidmətindən bildirilib ki, həmin minalar təkcə hərbi qulluqçulara deyil, mülki şəxslərə də sağalmaz zərər vura bilər.
Sputnik
BAKI, 24 may — Sputnik. “Rosqvardiya” əməliyyatçıları Xarkov vilayətində 600-dən çox piyada əleyhinə "Petal" minasını məhv ediblər. Bu barədə “Rosqvardiya”nın mətbuat xidməti məlumat yayıb.
““Rosqvardiyaçılar” Xarkov vilayətində 640-a yaxın yüksək partlayıcı PFM-1S "Lepestok" piyada əleyhinə mina aşkar edərək zərərsizləşdiriblər. Minalar təkcə hərbi qulluqçulara deyil, mülki şəxslərə də sağalmaz zərər vura bilər", - məlumatda deyilir.
Bundan başqa, bir ay ərzində idarənin mühəndis bölmələrindən biri Xarkov vilayətində 200-dən çox partlayıcı obyekti zərərsizləşdirib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.