CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstan Azərbaycanla quru sərhədlərini açır?

Qonşuölkənin xarici siyasət idarəsi bildirib ki, hava nəqliyyatı ilə hərəkət edən sərnişinlərlə bağlı məhdudiyyət ləğv edilib.
Sputnik
BAKI, 24 may — Sputnik. Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanla quru sərhədlərinin açılması məsələsini nəzərdən keçirir.
Bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb. Yayılan məlumata görə, Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Azərbaycan və Gürcüstanın fəal əməkdaşlığı sayəsində hava nəqliyyatı ilə hərəkət edən sərnişinlərlə bağlı məhdudiyyət ləğv edilib.
Yerüstü nəqliyyatla hərəkət edən sərnişinlərə gəldikdə bu istiqamətdə qaydaların yumşalması üçün işlər aparılır.
Qeyd edək ki, Gürcüstanla Azərbaycan arasında quru sərhədlərinin açılması məsələsi bir neçə dəfə rəsmilər arasında müzakirə olunub.
Xatırladaq ki, Gürcüstan və Azərbaycan arasında quru sərhədləri koronavirus pandemiyası səbəbi ilə 2020-ci ilin martında bağlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.