TƏHSİL

Bu şəxslər qəbul imtahanlarına buraxılmayacaq

Xanlar Xanlarzadə bildirib ki, bu tələbələrin imtahan nəticəsi ləğv edilməklə yanaşı, imtahanda ikinci dəfə iştirakına da məhdudiyyət qoyulacaq.
Sputnik
BAKI, 24 may — Sputnik. Ali məktəblərə qəbul imtahanı iki dəfə keçirildiyindən tələbələr öz nəticələrini süni yolla artırmaq üçün qayda pozuntularına yol verirlər. Belə halda tələbələr Dövlət İmtahan Mərkəzi tərəfindən cəzalandırılacaqlar.
Bu barədə Mərkəzin mətbuat və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə bildirib.
Onun sözlərinə görə, bu tələbələrin imtahan nəticəsi ləğv edilməklə yanaşı, imtahanda ikinci dəfə iştirakına da məhdudiyyət qoyulacaq.
Təhsil eksperti Kamran Əsədov isə deyir ki, başa çatmış və heç bir qayda qozuntusuna yol verilməmiş imtahanın nəticələrinin ləğv edilməsi qanuna ziddir. Bundan başqa, qanunda tələbənin növbəti imtahana buraxılmaması ilə bağlı da heç bir bənd yoxdur. Dövlət İmtahan Mərkəzi abituriyentin yalnız qayda pozuntusuna yol verdiyi imtahanının nəticəsini ləğv edə bilər. Qayda pozduğuna görə növbəti şansını əlindən ala bilməz.
Təhsil üzrə ekspert, arxiv şəkli
Qeyd edək ki, 22-23 may tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahanda iştirak edən 6 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Bir nəfərdə isə "ağıllı" saat aşkarlanıb.
Onu da qeyd edək ki, yay imtahanları qruplar üzrə III ixtisas qrupunda 6 iyul, II ixtisas qrupu üzrə 7 iyul, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan 7 iyul, – I ixtisas qrupu üzrə 20 və 21 iyul, I və IV ixtisas qrupları üzrə 21 iyulda keçiriləcək. Jurnalistika” ixtisasına seçmək istəyən abituriyentlərin qabiliyyət imtahanı 28 iyulda keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.