BAKI, 24 may — Sputnik. Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində 107552 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,2% çoxdur.
4 aylıq göstəricinin 26354-ü və yaxud 24,5%-i ilkin, 81198-i və yaxud 75,5%-i isə təkrar qeydiyyatın payına düşüb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 15037-si fərdi yaşayış və bağ evi, 26975-i mənzil, 61841-i torpaq sahəsi, 1147-si qeyri-yaşayış binası, 2261-i qeyri-yaşayış sahəsi, 274-ü əmlak kompleksi, 16-sı çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələrdir. Dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 28397-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.
"Prezident İlham Əliyevin "Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında" 7 oktyabr 2021-ci il tarixli fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan verib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk 4 ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,8 dəfə artaraq 14197 olub.
Hesabat dövründə 84862 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,4% artım deməkdir. 2022-ci ilin ilk 4 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 48,6% artaraq 22101 olub", - deyə məlumatda qeyd olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.