RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya MN: Ukraynaya məxsus 3 Su-25 təyyarəsi vurulub

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatı vurulub.
Sputnik
BAKI, 23 may — Sputnik. Rusiya hava hücumundan müdafiə sistemləri sutka ərzində Ukraynaya məxsus üç Su-25 təyyarəsini vurub, həmçinin Xerson vilayətində Ukraynaya məxsus iki "Toçka-U" raketini ələ keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
"Rusiyanın hava hücumundan müdafiə sistemləri bir sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus 3 Su-25 təyyarəsini vurub. Onlardan ikisi Xerson vilayətinin Kiselevka kəndi yaxınlığında, biri isə Xarkov vilayətinin Pavloqrad səmasında vurulub" - rəsmi nümayəndə bildirib.
Konaşenkovun sözlərinə görə, həmçinin Xerson vilayətinin Tomina Balka yaşayış məntəqəsi üzərində Ukraynaya məxsus iki "Toçka-U" ballistik raketi, Xarkov vilayətinin İzyum, Topolskoye, Semyonovka və Bikino yaşayış məntəqələri ərazilərində isə "Smerç" reaktiv yaylım atəş sisteminin 8 raketi ələ keçirilib.
General qeyd edib ki, Rusiyanın hava hücumundan müdafiə qüvvələri Xerson vilayətinin Çervonı Yar, Çernobaevka, Mirnoye, Oleksandrivka, "Donetsk Xalq Respublikası"nın Yunokommunarovsk, Xarkov vilayətinin Siniçino, Petrivske, Ternı, Xotomlya və Lozova ərazilərində Ukraynaya məxsus 13 pilotsuz uçuş aparatını vurub. O cümlədən bir "Bayraktar TB2" zərərsizləşdirilib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynanın denasifikasiyası və demilitarizasiyası üçün xüsusi əməliyyata başlayıb. Rusiya Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, RF Silahlı Qüvvələri yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir, heç bir şey mülki əhalini təhdid etmir.
Rusiya MN xüsusi əməliyyatın əsas məqsədinin Donbasın azad edilməsi olduğunu bəyan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.