HADİSƏ

Polisin saxlamaq istədiyi şəxs qaçmağa cəhd etdi, atəş açıldı

Narkotik vasitə və soyuq silah saxlamaqda şübhəli bilinən Beyləqan sakini saxlanılarkən qaçmaq istəyib.
Sputnik
BAKI, 23 may — Sputnik. Beyləqanda polisə müqavimət göstərən şəxs tutulub.
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə və soyuq silah saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Mirzəli saxlanılarkən o, tabesizlik göstərərək qaçmağa cəhd edib. Bu zaman polis əməkdaşı tabel silahından havaya 1 dəfə atəş açıb və görülmüş tədbirlərlə o, saxlanılıb.
Şəxsi axtarış zamanı K.Mirzəlidən heroin və beşbarmaq aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Ağcabədidə qayınanasını öldürməkdə şübhəli bilinən gəlinin sevgilisi həbs edilib