RUSİYA

Rublun möhkəmlənməsi inflyasiyanı payıza qədər ləngidəcək - Ekspert

Mütəxəssis çoxsaylı xarici amillərin təsiri üzündən inflyasiya ilə bağlı əlavə proqnoz verməyin çətin olduğunu dilə gətirib.
Sputnik
BAKI, 22 may - Sputnik. Rusiyada milli valyutanın sabitliyi ilə əlaqədar olaraq inflyasiya yavaşlayır, vəziyyət ən azı payıza qədər davam edəcək. Bu barədə RİA Novosti-yə maliyyəçi, Xarici və Müdafiə Siyasəti Şurasının Rəyasət Heyətinin üzvü Aleksandr Losev bildirib.
Onun sözlərinə görə, lazımi komponentləri idxal etmək və Rusiyanın öz iqtisadiyyatını transformasiya etmək üçün fürsətdən istifadə etmək lazımdır:
“Rublun sabitliyi ölkənin tədiyə balansının yeni reallıqlarını əks etdirir. Aprelin sonundan etibarən həftəlik inflyasiyanın 0,05%-ə qədər kəskin azalması qeydə alınıb (bu, 2021-ci ilin avqust ayına uyğundur), çünki hazırda rublun möhkəmlənməsi istehlak qiymətlərinə ötürülür".
Losevin sözlərinə görə, bir qayda olaraq, valyuta məzənnələrində dəyişikliklərin başlanması ilə mağaza piştaxtalarında qiymət dinamikası arasındakı keççəcək müddət təxminən üç aya yaxındır.
“Əgər hələ martın əvvəlində çox yüksək məzənnələr müşahidə olunurdusa və rublun zəifləməsi idxala nəzərəçarpacaq dərəcədə zərbə vururdusa, idxalın dəyəri müvafiq olaraq inflyasiyaya təsir göstərirdisə, indi əks transfer başlayıb – rublun möhkəmlənməsi inflyasiyanı ləngidir və bu, hələ ən azı yayın sonuna - payızın əvvəlinə qədər davam edəcək”, - deyə Losev bildirib.
O əlavə edib ki, inflyasiya ilə bağlı əlavə proqnoz vermək çətindir, çünki buna çoxsaylı xarici amillər təsir edəcək.
Ekspert qeyd edib ki, Rusiya iqtisadiyyatının qarşısında sürətli transformasiya və daha çox idxalı əvəz etmək vəzifəsi durur.
Onun sözlərinə görə, rublun sabit məzənnəsi ölkənin öz istehsalını qurmaq üçün lazım olan komponentlərin, avadanlıqların və texnologiyaların xaricdən təcili alınması üçün faydalıdır və hazırda bununla aktiv şəkildə məşğul olmaq lazımdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Siluanov: Rusiya xarici borcunu rublla ödəyə biləcək, defolt olmayacaq