RUSİYA

Lukaşenko Putinlə görüşmək üçün Soçiyə gedib

Soçinin meri Aleksey Kopayqorodski Telegram kanalında bildirib ki, Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün kurort şəhərini seçib.
Sputnik
BAKI, 22 may - Sputnik. Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Soçiyə gedib.
Bu barədə Soçinin meri Aleksey Kopayqorodski Telegram kanalında məlumat verib.
Bundan əvvəl Putinin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə işgüzar danışıqlar üçün mayın 23-də Soçidə görüşəcəyi bildirilirdi.
"Soçi yenidən mühüm dövlətlərarası dialoqlar üçün platformaya çevrilib. Belarus prezidenti Aleksandr Qriqoryeviç Lukaşenko Rusiya prezidenti Vladimir Vladimiroviç Putinlə görüşmək üçün şəhərimizə gəlib", - Kopayqorodski yazıb.
Rusiya mənbələri prezidentlərin Ukraynadakı xüsusi hərbi əməliyyatların gedişini, bu ölkələrə tətbiq edilən sanksiyaları və gələcək birgə addımları müzakirə edəcəklərini bildiriblər.
Vladimir Putinin Soçiyə həftəsonu həm belarus həmkarı ilə görüş, həm də istirahət üçün getdiyi deyilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.