SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Türkiyə XİN başçıları telefonla nədən danışıblar?

Nazirlər Azərbaycan və Türkiyənin daxil olduğu üçtərəfli mexanizmlər, həmçinin Cənubi Qafqaz regionunda və Ukraynadakı baş verən son yenilikləri müzakirə ediblər.
Sputnik
BAKI, 22 may — Sputnik. Xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, danışıq zamanı ikitərəfli münasibətlər başda olmaqla, Azərbaycan və Türkiyə birgə daxil olduğu üçtərəfli mexanizmlər, həmçinin Cənubi Qafqaz regionunda və Ukraynadakı son yeniliklər müzakirə edilib.
Xatırladaq ki, aprelin 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Onda da telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı vəziyyət, çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə mövzusu təşkil edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.