BAKI, 21 may - Sputnik. Türkiyənin Qars şəhərində “Heydər Əliyev-2022” təlimləri davam edir. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Təlimlər Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə keçirilir.
Azərbaycan və Türkiyə ordusunun birgə təlimi
© Photo : Ministry of National Defense (Turkey)
Bununla eyni vaxtda, “Anadolu Feniks-2022” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edən ölkələrin nümayəndələri uçuş missiyalarının həyata keçiriləcəyi ərazilərə baş çəkiblər.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçulara hazırlıq, təhlükəsizlik qaydaları, təlimlərin təşkili və digər məsələlər barədə ətraflı məlumat verilib.
Ərazi ilə tanışlıq məqsədilə uçuşlar da həyata keçirilib, uçuşlar zamanı helikopter ekipajlarının qarşılıqlı fəaliyyəti və rabitə vasitələri yoxlanılıb.
Azərbaycan və Türkiyə ordusunun birgə təlimi
© Photo : Ministry of National Defense (Turkey)
Azərbaycan Hərbi Hava Qüvvələrinin pilot və aviasiya vasitələrinin iştirakı ilə keçirilən beynəlxalq təlimlər mayın 27-dək davam edəcək.
Türkiyənin İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təlimlərində Azərbaycan ordusunun hərbçiləri də iştirak edir. Əlahiddə Ümumqoşun Ordusu və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin iştirakı ilə keçirilən beynəlxalq təlimlər iyunun 9-dək davam edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.