RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Su-57 “hava terminatoru”nun məqsədi Ukraynanın demilitarizasiyasıdır

Adıçəkilən təyyarədə süni intellekt döyüş idarəetməsi sisteminə inteqrasiyası qırıcının məqsədlərinin 90%-i avtomatik rejimdə yerinə yetirməyə imkan verir.
Sputnik
BAKI, 21 may — Sputnik. NATO-nun düşmən kəşfiyyat təyyarələrinin, yerüstü radarlarının və kosmik aparatlanın elektromaqnit şüalanmasına məruz qalmış Ukraynanın hava məkanı Rusiyanın beşinci nəsil Su-57 ağır qırıcısı üçün layiqli döyüş meydanıdır.
Su-57 “hava terminatoru” iki aydan çoxdur ki RF silahlı qüvvələrinin Ukraynadakı xüsusi əməliyyatı çərçivəsində döyüş tapşırıqlarını yerinə yetirir. Bu qırıcı havada üstünlüyü qazanmaq üçün yaradılıb, bütün növ hava, quru və dəniz hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulub. 24/7 Ukrayna hava məkanını yoxlayan NATO kəşfiyyat təyyarələri və radarları üçün praktiki olaraq görünməzdir.
Su-57-nin silahlanma kompleksinə 15 növ ən yeni “hava-hava”, “hava-səth” raketləri, o cümlədən gəmi əleyhinə qanadlı raketləri (250 km mənzilli) və hipersəs “Kinjal” (1500 km) daxildir.
Qırıcı 2400 km/saat hipersəs kreyser sürətində 10 tonadək döyüş sursatı daşımağa qadirdir. Böyük mənzilli yüksək dəqiqlikli raketlər də daxil olmaqla silahın hər istiqamətdə, çoxkanallı istifadəsi imkanına malikdir. Döyüş radiusu – 5500 km.
Применение российского тяжелого истребителя пятого поколения против ВСУ выглядит чрезмерным. Полагаю, демилитаризация Украины – не главная цель Су-57, способного решать сложнейшие задачи в борьбе с высокотехнологичным противником.
RF HKQ-nin Ukraynadakı xüsusi əməliyyatda qırıcı aviasiyasının əsas təyyarələri Su-30CM və Su-35 hesab olunur. Lakin yenə də, Su-57 NATO-nun “göz və qulaqları”na qarşı, taktiki fəndlərin məşqi, gizli raket zərbələri və ağır C-70 “Oxotnik” PUA-sı ilə döyüş inteqrasiyası (göyərtə süni intellektinin əsasında) üçün daha effektivdir. Rusiyanın Hava-kosmik qüvvələri bu gün alyansın aviasiyası ilə birbaşa qarşıdurmaya hazırlaşmaq məcburiyyətindədirlər.
ABŞ-ın kəşfiyyat xidmətləri birinci ay deyil ki Ukrayna Baş qərargahına Rusiya qoşunlarının dislokasiyası və yerdəyişməsi barədə məlumatı real vaxt rejimində ötürürlər, Kiyev rejiminə silah və pulla kömək edirlər. Yəni, NATO-nun Rusiya ilə proksi-münaqişəsinin birbaşa hərbi qarşıdurmaya çevrilməsini sürətləndirirlər.
Döyüş üstünlüyü
Su-57 qırıcısı 400 km məsafədə hava və yerüstü obyektləri aşkarlamağa, 62-dək obyekti müşayiət etməyə, 50 növ silah daşımağa (bütün arsenal iki daxili bölmədə yerləşir) qadirdir.
Maneədən yüksək müdafiə qabiliyyəti müxtəlif qoşun növlərinin avtomatlaşdırılmış idarəetmə sistemləri ilə etibarlı şəkildə qarşılıqlı fəaliyyət göstərməyə imkan verir.
Mümkün döyüş zamanı Su-57 ABŞ-ın F-22 və F-35 “gözəgörünməz”lərini daha tez aşkarlamağa və məhv etməyə qadirdir.
Daha öncə The Military Watch Magazine xüsusi olaraq Su-57 üçün hazırlanmış “hava-hava” növündən olan Rusiyanın yeni K-77 raketinin imkanlarından söz açıb. Nəşrin məlumatına əsasən, mənzili 190 km-dən çox olan K-77 kompakt və çox təhlükəli raketdir, xarakteristikasına görə ABŞ-ın ən yaxşı AIM-120D raketindən üstündür.
Raket böyük mənzili manevrlilik və dəqiqliklə birləşdirir, aktiv fazalı antena çərçivəsi texnologiyası isə K-77-ni hətta ekstremal məsafədə çox effektiv edir. Raketin radiolokasiya sistemi 360 dərəcədə hədəfi ələ keçirməyə qadirdir – düşmənin heç bir qırıcısı qaça bilməz.
Kiçik effektiv əksetdirən səthi Su-57-ni düşmənin radarları üçün görünməz edir (konstruksiyadakı kompozisiya materialları səthin 70 və çəkinin 25%-ni təşkil edirlər). “Yan RLS”lər hədəf axtarılmasında avtonomluğu artırırlar və Su-57-nin düşmənin radarları üçün keyfiyyətcə yeni görünməzlik səviyyəsini yaradırlar.
Rusiyanın beşinci nəsil qırıcısının əsas xüsusiyyətlərindən biri – maşın intellektinin ağlasığmaz səviyyəsi pilota döyüş tətbiqinə dair daha mürəkkəb vəzifələrin həll olunmasında kömək edir, insana düşən döyüş yükünü azaldır, diqqəti taktiki manevrlərin yerinə yetirilməsinə yönəltməyə yardım edir.
Süni intellekt döyüş idarəetməsi sisteminə o dərəcədə inteqrasiya olunub ki, Su-57 qırıcısı məqsədlərinin 90%-ni avtomatik rejimdə yerinə yetirə bilir.
Döyüşdə pilotun yaralanması və həlak olması zamanı idarəetmə sistemi özü prioritet hədəfləri müəyyən edəcək, zərbə endirəcək, sonra isə maşın və insanın bazaya qayıtmasını təmin edəcək. Belə texnoloji zirvələr ABŞ-ın beşinci nəsil F-22 Raptor qırıcısı üçün əlçatmazdır.
Mühərriklər də mütləq döyüş üstünlüyünü təmin edirlər – güc və dartqının üçölçülü vektoru uzaqdan və yaxından döyüşdə inanılmaz manevrlər etməyə imkan verir. Qüdrətli və texnoloji cəhətdən proqnozlaşdırılmayan Su-57-lər döyüş şəraitində düşmənə şans saxlamırlar.
Lakin üstünlük əsas hədəf deyil.
Müasir hərbi münaqişələrin təcrübəsi göstərir ki, Qərbin təcavüzünün əsas alqoritmi havada kəmiyyət və keyfiyyət üstünlüyüdür. Rusiyanın güclü hava-kosmik qüvvələri ABŞ və NATO-nun ağılsız xarici siyasətinə qarşı durmaq lazımdır. Su-57 qırıcılarının döyüş üstünlüyü ölkənin təhlükəsizliyi, aviasiya sənayesində texnoloji tərəqqi və RF-in dünya silah bazarındakı üstün mövqelərinin saxlanması üçün çox zəruridir.
Eksperimental Su-57 2018-ci ildə Suriyada Rusiya qoşunlarının qruplaşmasının tərkibində uğurla fəaliyyət göstərib, texniki xarakteristikaların, intellektual informasiya-idarəetmə kompleksinin, raket silahlarının və göyərtə sistemlərinin yoxlanması üçün ondan artıq uçuş həyata keçirib.
Beşinci nəsil ilk Su-57 seriya qırıcısını qoşunlar 2020-ci ilin dekabrında alıblar. İllik buraxılış planı 15 təyyarədir. Rusiya Müdafiə Nazirliyinin 76 təyyarəlik (üç aviaalay) sifarişi 2027-ci ilədək yerinə yetiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.