BAKI, 21 may - Sputnik. Qərbin sanksiyaları Rusiyanı yeni logistik marşrutlarla işləməyə məcbur edir, onların arasında əsas yerlərdən biri Şimal-Cənub dəhlizidir. RİA Novosti-nin xəbərinə görə, bu sözləri Rusiyanın nəqliyyat naziri Vitali Savelyev deyib.
Nazir Həştərxan vilayətinə səfər edib, burada bir sıra infrastruktur obyektlərinə, o cümlədən Olya limanına, Həştərxan dolama yollarına və tikilməkdə olan körpülərə baş çəkib.
“Bilirsiniz ki, bu gün Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalar ölkəmizdə praktiki olaraq bütün logistikanı pozdu və biz birlikdə yeni logistik dəhlizlər axtarmağa məcburuq”, - deyə nazir bildirib.
Qurum rəhbəri bu məsələdə Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm rol oynadığını vurğulayıb.
"Üç limanın - Olya, Həştərxan və Mahaçqala limanlarının iştirak etdiyi bu dəhlizdə Xəzər istiqaməti böyük əhəmiyyət kəsb edir", - deyə nazir bildirib.
O, əlavə edib ki, təkcə limanların özü deyil, həm də körpülər və limanlara yaxınlaşmalar fundamental əhəmiyyət kəsb edir:
"Bizim işimizin yenidən təşkilinə imkan verməyən imkan verməyən dar boğazlar olmamalıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.