NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Qara qızıl"ımızın qiyməti kəskin artıb

Neft qiymətləri son üç həftədə olduğu kimi bu həftəni də artımla bağlayıb.
Sputnik
BAKI, 21 may-Sputnik. Azərbaycan neftinin qiyməti yenidən artıb. "Azeri Light" markalı neftin qiyməti qiyməti 2,63 dollar və ya 2,2% artaraq 121,62 dollar təşkil edib.
London birjasında “Brent” markalı neftin qiyməti 0,46% artaraq 112,5 dollar, Nyu-York birjasında “Light” markalı neftin qiyməti 0,35% qalxaraq 110,3 dollar olub.
Neft qiymətləri son üç həftədə olduğu kimi bu həftəni də artımla bağlayıb. Bu, fevralın ortalarından bəri neftin qiymətinin davamlı artdığını göstərir.
Çində iqtisadi göstəricilərin müsbət olması, pandemiya vəziyyətinin nisbətən yaxşılaşması qiymətlərə təsir göstərir.
Xatırladaq ki, Azərbaycan neftinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.