BAKI, 20 may — Sputnik. Rusiyaya qarşı kiberməkanda genişmiqyaslı müharibə başlayıb, ölkəyə edilən kiberhücumların sayı əhəmiyyətli dərəcədə artıb. Bunu Rusiya prezidenti Vladimir Putin cümə günü Rusiya Təhlükəsizlik Şurasının (TŞ) iclasında bildirib.
"Rusiyanın informasiya infrastrukturlarına kiberhücumların sayı son illərdə, məhz son illərdə durmadan artır. Donbassda, Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə bu sahədə problemlər daha da kəskinləşib, daha ciddi, irimiqyaslı xarakter alıb", - Putin bildirib.
O, informasiya sistemlərinin və rabitə şəbəkələrinin mühafizəsi və etibarlı fəaliyyətinin təmin edilməsi, bu sahədə xarici təhdidlərin qarşısının alınması üçün nəzərdə tutulan tədbirlər kompleksinin müzakirəsini təklif edib. Prezident belə bir mövzunu kompleks və hər kəs üçün son dərəcə aktual, Rusiyanın suverenliyi və təhlükəsizliyi, daxili iqtisadiyyat, dövlət idarəçiliyi və sosial sabitlik üçün çox vacib olduğunu bildirib.
Rusiyaya kiberhücumlar müxtəlif ölkələrdən tətbiq edilir
Prezident hesab edir ki, Rusiyaya kiberhücumlar müxtəlif ölkələrdən gəlir və onlar aydın şəkildə bir-biri ilə əlaqələdir.
"Əslində bunlar dövlət strukturlarının hərəkətləridir", - Putin qeyd edib.
Bununla bağlı o xatırladıb ki, kiberordular artıq rəsmi olaraq bəzi ölkələrin ordularının bir hissəsidir.
Dövlət başçısı kompleks hücumlar da daxil olmaqla kiberhücumların sayının dəfələrlə artdığına diqqət çəkib: "Mütəxəssislərin fikrincə, təkcə xakerlər, təbii ki, bunu edə bilməzlər".
Putinin sözlərinə görə, internet resurslarının, Rusiyanın mühüm informasiya infrastrukturunun obyektlərinin sıradan çıxarılmasına məqsədyönlü cəhdlər edilir. O, ilk növbədə kütləvi informasiya vasitələrinin, maliyyə qurumlarının, kütləvi, sosial əhəmiyyətli portal və şəbəkələrin hücuma məruz qaldığını, hakimiyyətin rəsmi saytlarına ciddi hücumlar edildiyini vurğulayıb.
Rusiyaya qarşı kiber təcavüz
Prezidentin sözlərinə görə, Rusiyaya qarşı kiber təcavüz, eləcə də bütövlükdə sanksiya hücumu uğursuzluğa düçar olub.
"Bu gün artıq demək olar ki, bizə qarşı kiber təcavüz, ümumilikdə Rusiyaya qarşı sanksiya hücumu uğursuzluğa düçar olub. Ümumiyyətlə, biz bu hücuma hazır idik və bu, aparılan sistemli işin nəticəsidir. Bu tədbirlər ötən illər ərzində həyata keçirilib", - dövlət başçısı bildirib.
Putin bildirib ki, Rusiyaya sanksiya təzyiqi alətlərindən biri xarici informasiya texnologiyaları, proqram və məhsullarına qoyulan məhdudiyyətlərdir. O, qeyd edib ki, bir sıra Qərb təchizatçıları Rusiyada öz avadanlıqlarına texniki dəstəyi birtərəfli qaydada dayandırıblar, bundan əlavə, proqramların yenilənməsindən sonra işlərin məhdudlaşdırılması və hətta bloklanması halları daha tez-tez baş verib.
"Bütün bunlar Rusiya şirkətləri, hakimiyyət orqanları və administrasiyaları əvvəllər yaradılmış və yeni xarici informasiya texnologiyaları və məhsullarından istifadə etdikdə nəzərə alınmalıdır", - prezident tövsiyə edib.
Dövlət başçısı bildirib ki, rusiyalı mütəxəssislər informasiya infrastrukturunun mühafizəsi, şəbəkələrin və rabitə kanallarının dayanıqlı fəaliyyətinin və təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə ciddi məşğul olurlar.
"Özümüzə məxsus unikal texnologiyaların yaradılması da daxil olmaqla, çox işlər görülüb. Bu sahədə görülən işlərin özü zamanın çağırışlarına adekvat olan aydın idarəetmə və tənzimləyici konturlar formalaşıb. Beləliklə, strateji planlaşdırma sənədləri qəbul edilib ki, bu da əsas hədəfləri müəyyən edir. Bu sahədə təhlükə və risklər və onların zərərsizləşdirilməsi üçün konkret addımları müəyyə edir", - Putin əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.