İQTİSADİYYAT

Xəzərdə balıq kəskin azalıb

Mehman Axundov bildirib ki, Xəzər dənizində balıq ehtiyatları 10 dəfələrlə azalıb.
Sputnik
BAKI, 20 may — Sputnik. Xəzər dənizində balıq ehtiyatları 10 dəfələrlə azalıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bioloji resursların tədqiqatı mərkəzinin direktoru Mehman Axundov deyib.
O bildirib ki, Xəzər dənizində bioloji resurslarını azalması ilə bağlı 9 ildən sonra ilk dəfə keçən il ekspedisiyalar keçirilib: " Bu ekspedisiyalar balıq ehtiyatlarının öyrənilməsinə imkan yaradıb. 2012-ci ilə qədər biz 2005-ci ildən başlayaraq hər il tədqiqatlar aparırdıq. Keçən ilki ekspedisiyalarla 10 il öncəki tədqiqatları müqayisə etdikdə bildik ki, Xəzər dənizində balıq ehtiyatları 10 dəfələrlə azalıb".
Onun sözlərinə görə, burada bir neçə səbəb var. Səbəblərindən biri iqlim dəyişiklikləridir. Xəzər dənizinin həm üst, həm də orta təbəqəsində suyun temperaturu 4-5 dərəcə artıb: "Suda temperaturun bu cür qalxması zooplantları yandırır. Bir tərəfdən də yayda Günəşin şüalanması artır. Bu da qidalanan xırda balıqların populyasiyalarının azalmasına səbəb olub. Buna misal kilkələrdir. Kilkələr də Xəzər ixtiflorasının təxminən 60 %-ni təşkil edirlər. Bu da əsas qidalanan nərə, qızılbalıq, siyənəkkimilər dəstəsinə aid olan balıqların ehtiyatlarının 10 dəfələrlə azalmasına səbəb olub".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Balıqları ovlamayın: Dörd ay ərzində tilov atmaq qadağan edildi