RUSİYA

Rusiya sərhədlərinin yaxınlığında təhlükə artır - Şoyqu

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, ABŞ və NATO Rusiya sərhədləri yaxınlığında əməliyyat və döyüş hazırlığının miqyasını artırır.
Sputnik
BAKI, 20 may — Sputnik. Qərb strateji istiqamətində vəziyyət Rusiya sərhədləri yaxınlığında hərbi təhdidlərin artması ilə xarakterizə olunur. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
"Qərb strateji istiqamətində vəziyyət Rusiya sərhədləri yaxınlığında hərbi təhdidlərin artması ilə xarakterizə olunur. Son səkkiz ildə ABŞ-ın strateji bombardmançı təyyarələrinin Avropada uçuşlarının intensivliyi 15 dəfə (ildə 3-dən 45-ə) artıb. Raket silahları ilə təmin olunmuş Amerika gəmilərinin Baltik dənizinə səfərləri sistematik xarakter daşıyır", - Şoyqu Rusiya Müdafiə Nazirliyinin iclasında deyib.
Təkcə bu il Kalininqrad bölgəsi yaxınlığında, idarə olunan silahları olan ABŞ gəmiləri nəzərdə tutulan ərazilərə çıxışla altı dəfə qanadlı raket buraxılışı tapşırıqları yerinə yetirib. 2016-cı ildən bəri obyektiv nəzarət sistemi tərəfindən 24 belə hadisə aşkar edilib", - deyə o qeyd edib.
O əlavə edib ki, eyni zamanda ABŞ və NATO Rusiya sərhədləri yaxınlığında əməliyyat və döyüş hazırlığının miqyasını artırır. "Hazırda blokun 30 ölkəsindən 40 minə qədər hərbçinin iştirakı ilə "Avropa müdafiəçisi" silsilə təlimləri keçirilir. Manevrlərin əsas xüsusiyyəti ABŞ-dan Avropaya, eləcə də üç strateji istiqamətdə: Arktika, Qərb və Cənub-Qərbdə tamhüquqlu diviziyanın göndərilməsidir", - Şoyqu vurğulayıb.
O xatırladıb ki, NATO-ya üzvlük üçün müraciətlər ən yaxın qonşular - Finlandiya və İsveç tərəfindən verilib.
"Beləliklə, Qərb Hərbi Dairəsinin məsuliyyət zonasında gərginlik artmaqda davam edir", - deyə nazir fikirlərini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Şoyqudan strateji pilotsuz uçuş aparatları barədə açıqlama