CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İqtisadçı jurnalist Qadir İbrahimli vəfat edib

TƏBİB-dən bildirilib ki, o, bu gün səhər saatlarında müalicə aldığı M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsində vəfat edib.
Sputnik
BAKI, 20 may — Sputnik. Tanınmış iqtisadçı-jurnalist Qadir İbrahimli vəfat edib. Bu barədə Sputnik Azərbaycan-a TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, o, bu gün səhər saatlarında vəfat edib.
Xatırladaq ki, Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Q.İbrahimlinin nəşinin dəfn edilmək üçün doğulduğu Lənkəran şəhərinə aparılması ilə bağlı hazırlıqlar görülür.