BAKI, 20 may — Sputnik. Bu ilin yanvar-mart aylarında Azərbaycan dünyanın 152 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac edilib, 140 ölkədən idxal olunub.
Yanvar-mart aylarında ölkənin xarici ticarət dövriyyəsi 12 milyard 194,2 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 9 milyard 267,1 milyon dollarını və ya 76,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 2 milyard 927,1 milyon dollarını (24,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 6 milyard 340,0 milyon dollar məbləğində müsbət saldo yaranıb.
İxrac artıb, idxal isə azalıb
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, üç ayda Azərbaycanın ixracı 16,8 faiz artıb, idxalı isə 3,7 faiz azalıb.
3 ayda əvvəlki ilin eyni dövrü ilə müqayisədə ixracı artan məhsullar bunlardır:
-təzə tərəvəz - 50,6 faiz,
-tütün - 3,4 dəfə,
-çay - 33,3 faiz,
-mineral gübrələr - 7,3 dəfə,
-polietilen - 1,4 faiz,
-emal olunmamış alüminium - 1,8 dəfə,
-qara metallardan çubuqlar - 47,4 faiz,
-sement klinkerləri - 20,9 faiz,
-qara metallardan borular - 36,8 faiz,
-bentonit gili - 20,3 faiz.
İxracı azalan məhsullar aşağıdakılardır:
- təzə meyvə - 6,1 faiz,
-şəkər - 33,9 faiz,
-bitki yağları - 38,4 faiz,
-meyvə və tərəvəz şirələri - 37,3 faiz,
-meyvə və tərəvəz konservləri - 6,5 faiz,
-marqarin, qida üçün yararlı digər qarışıqlar - 41,5 faiz,
-kartof - 45,1 faiz,
-təbii üzüm şərabları və üzüm suslosu - 56,9 faiz,
-pambıq lifi - 30,4 faiz,
-polipropilen - 8,0 faiz,
-pambıq ipliyi - 21,5 faiz,
-qara metallardan yarımfabrikatlar - 23,2 faiz.
Üç ayda idxalı artan məhsullar bunlardır:
-təzə meyvə - 7,4 faiz,
-kərə yağı, digər süd yağları və pastaları - 19,5 faiz,
-unlu qənnadı məmulatları -15,4 faiz,
-kartof - 7,6 faiz,
-quş əti və onun əlavə məhsulları - 26,5 faiz,
-minik avtomobilləri - 12,1 faiz,
-dərman vasitələri - 16,0 faiz,
-polad prokatı - 31,5 faiz,
-qara metallardan çubuqlar - 11,2 faiz,
-rezin şinlər - 23,1 faiz,
-sintetik yuyucu vasitələr - 6,3 faiz,
-polietilen - 1,7 dəfə,
mebellər - 2,3 faiz,
-avtobuslar - 2,3 dəfə,
-məişət kondisionerləri - 1,8 dəfə,
-qara metallardan künclüklər - 19,2 faiz,
-polipropilen - 25,7 faiz,
-sement - 7,6 faiz.
İdxalı azalan məhsullar isə aşağıdakılardır:
-buğda - 2,7 faiz,
-bitki yağları - 14,5 faiz,
-xam şəkər - 24,8 faiz,
-şokolad və şokolad məhsulları - 5,8 faiz,
-çay - 2,6 faiz,
-təzə tərəvəz - 41,5 faiz,
-mal əti - 51,4 faiz,
-siqaretlər - 80,8 faiz,
-qara metallardan borular - 10,8 faiz,
-hesablama maşınları, blok və qurğuları - 14,6 faiz,
-yük avtomobilləri - 19,0 faiz,
-mineral gübrələr - 79,7 faiz,
-paltaryuyan maşınlar - 8,5 faiz,
-məişət soyuducuları - 43,2 faiz.
Azərbaycan ən çox ixracı İtaliyaya edib
Qeyd edək ki, ixracın 48,8 faizini İtaliyaya, 12,0 faizini Türkiyəyə, 4,9 faizini Portuqaliyaya, 4,1 faizini İsrailə, 4,0 faizini Ukraynaya, 3,5 faizini Yunanıstana, hər biri 2,9 faiz olmaqla Gürcüstan və Tailanda, 1,9 faizini Rusiyaya, 1,6 faizini Birləşmiş Krallığa, hər biri 1,5 faiz olmaqla Tunis və Rumıniyaya, 1,4 faizini Almaniyaya, hər biri 1,3 faiz olmaqla İspaniya və Hindistana, 1,1 faizini Çexiyaya, 0,8 faizini Belarusa, 4,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ən çox idxal Türkiyə, Rusiya və Çindən olub
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 16,5 faizi Türkiyə, 16,3 faizi Rusiya, 16,1 faizi Çin, 6,0 faizi Qazaxıstan, 4,4 faizi Almaniya, 3,9 faizi İran, 2,9 faizi Ukrayna, 2,6 faizi ABŞ, 2,3 faizi İtaliya, 2,0 faizi Koreya, hər biri 1,6 faiz olmaqla Birləşmiş Krallıq və Yaponiya, hər biri 1,4 faiz olmaqla Hindistan, Fransa və Norveç, 1,0 faizi Türkmənistan, hər biri 0,9 faiz olmaqla İndoneziya, Rumıniya və Polşa, 15,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.