BAKI, 20 may — Sputnik. Ermənistanın keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov hökumət rəsmisinə qarşı zorlamada ittiham olunaraq həbs edilib. Bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Mayın 17-də Xaçaturov Kiyevyan küçəsində müxalifətin aksiyası zamanı polisin qanuni tələbinə tabe olmadığına görə saxlanılıb.
"Araşdırma zamanı polis əməkdaşına qarşı zorakılıq tətbiq edən İqor Xaçaturovun hadisə zamanı narkotik vasitənin təsiri altında olması məlum olub", - İstintaq Komitəsindən bildirilib.
Hazırda istintaq orqanı məhkəmə-kimyəvi ekspertizanın təyin edilməsi barədə qərar qəbul edib. Lakin Xaçaturov testdən imtina edib. Cinayət işinin ibtidai istintaqı davam etdirilir. Araşdırmanın obyektiv və hərtərəfli aparılması üçün zəruri tədbirlər görülür.
Bundan əvvəl, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun işinə baxan hakim David Arqamanyanın istefa verdiyini elan etməsi barədə xəbər verilmişdi.
Hazırda Xaçaturov Ermənistan Cinayət Məcəlləsinin 316-cı maddəsinin 1-ci hissəsi ilə ittiham olunur. Məhkəmə onun həbsi bağlı vəsatəti təmin edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.