İQTİSADİYYAT

Azərbaycan və İran neft və qaz yataqlarının işlənilməsinə dair yeni sazişlər imzalayacaq

Tərəflər regionun digər ölkələrindən, o cümlədən Türkmənistandan Azərbaycana qaz mübadiləsində əməkdaşlıq haqqında razılığa gəliblər.
Sputnik
BAKI, 20 may — Sputnik. Yaxın zamanda Azərbaycan və İran arasında Xəzər dənizinin neft və qaz yataqlarının işlənilməsi sahəsində yeni sazişlər imzalanacaq.
Bunu hazırda İranda səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev ilə görüşündə İranın neft naziri Cavad Oci bildirib. "Report"un İran mediasına istinadən yaydığı xəbərə görə, bununla bağlı ilkin danışıqlar aparılıb.
O bildirib ki, tərəflər regionun digər ölkələrindən, o cümlədən Türkmənistandan Azərbaycana qaz mübadiləsində əməkdaşlıq haqqında da razılığa gəliblər.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycan və İran dost və qonşu dövlətlərdir. O, İran və Azərbaycan arasında bütün sahələrdə, xüsusilə enerji sektorunda uğurlu əməkdaşlığın olduğunu deyib və əlavə edib ki, İran və Azərbaycan arasında neft-qaz sahəsində əməkdaşlıq səmərəli olub. İranın neft naziri ilə görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib.
Nazir qeyd edib ki, görüşdə həmçinin enerji sektorunda bir sıra yeni layihələr müzakirə edilib: "İnanıram ki, yeni sənədlər yaxın vaxtlarda imzalanacaq".
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi ölkəsində səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.