BAKI, 19 may — Sputnik. Azərbaycan, Gürcüstan və Qazaxıstan arasında tranzitin sadələşdirilməsi üzrə sazişin layihəsinin imzalanması gözlənilir.
Bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisinin müavini Səməd Qaralov "Azərbaycanda beynəlxalq avtomobil daşımalarının inkişaf perspektivləri" mövzusunda konfans zamanı deyib.
Onun sözlərinə görə, bu layihə hələ 2016-cı ildə Azərbaycan, Gürcüstan və Qazaxıstanın gömrük xidmətləri tərəfindən Asiya İnkişaf Bankının dəstəyi ilə hazırlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.