RUSİYA

Siluanov: Rusiya xarici borcunu rublla ödəyə biləcək, defolt olmayacaq

Rusiya Maliyyə Nazirliyinin rəhbəri bildirib ki, sanksiyalar səbəbindən Rusiya iqtisadiyyatının azalmasına görə, dövlətin gördüyü tədbirlər hesabına böhran olmayacaq.
Sputnik
BAKI, 18 may — Sputnik. Rusiya defolt elan etmək niyyətində deyil və əgər ona dollarla xidmət göstərməyə imkan verən lisenziya uzadılmasa, xarici borcunu rublla ödəyəcək. Bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov “Yeni bilik” marafonunda çıxış edərkən bildirib.
“Heç bir defolt elan etmək fikrində deyilik, bizim pulumuz var. Əgər Qərb ölkələri bunu etməsələr, Qərb infrastrukturu bizim üçün bağlanacaq. Mayın 25-də xarici borclar üzrə hesablaşma hüququ lisenziyamız başa çatır. Lisenziyanı bizə borcları ödəmək üçün verilib”, - deyə Siluanov qeyd edib.
Nazirin sözlərinə görə, Rusiya rublla hesablaşacaq, ölkənin pulu var.
Rusiya qiymətli kağızları üçün ödənişləri almaq üçün tələb olunan əməliyyatlara icazə verən ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsinin lisenziyasının müddəti mayın 25-də başa çatır. Rusiya mayın 27-də avrobondların iki buraxılışını ödəməli olacaq.
Sanksiyaların ilk şoku keçib
Rusiya Maliyyə Nazirliyinin rəhbəri vurğulayıb ki, Rusiya iqtisadiyyatının sanksiyalara görə azalması dövlətin gördüyü tədbirlər hesabına böhran olmayacaq.
“Bəli, iqtisadiyyatımızda azalma olacaq. Əlbəttə ki, iqtisadiyyatımız bütün bu məhdudiyyətlərə cavabsız qala bilməz, ancaq hökumət müvafiq dəstək tədbirləri görməsəydi, bu, o qədər də asan olmayacaqdı”, - deyə nazir bildirib.
O hesab edir ki, sanksiyalardan ilk şok artıq geridə qalıb: “Baxmayaraq ki, sanksiyalar paketləri hələ də hazırlanır və qoy hazırlansın”.
Siluanov qeyd edib ki, Rusiya iqtisadiyyatında vəziyyət sabitləşdikcə təcili cavab tədbirləri kimi tətbiq edilən məhdudiyyətləri aradan qaldırmaq imkanı yaranıb.
Ölkədə rubla inam artır
Maliyyə Nazirliyinin rəhbəri bildirib ki, Rusiya banklarında vətəndaşların əmanətlərinin həcmi təxminən 30 trilyon rubl təşkil edir.
"Bu tədbirlər nəticəsində - həm büdcə qaydaları, həm də üzən valyuta məzənnəsi, maliyyə idarələrinin müstəqilliyinin yaradılması istiqamətində görülən tədbirlər - bizim rubla inamımız artıb. 2014-cü ildən bizim vətəndaşların əmanətlərinin həcmi iki dəfə artıb və hazırda təxminən 30 trilyon rubl təşkil edir”, - deyə nazir vurğulayıb.
RF Maliyyə Nazirliyi Mərkəzi Bankın faiz dərəcəsinin azaldılmasına ümid edir
Siluanov hesab edir ki, Mərkəzi Bankın əsas faiz dərəcəsinin azaldılması bank kreditləri üzrə faiz dərəcələrini azaltmağa imkan verəcək və bu, Rusiyada biznesin inkişafına kömək edəcək.
“Bizim danışdığımız ən mühüm məsələ subsidiyalaşma deyil, faizlərin (banklardakı kreditlər üzrə – red.) azalmasıdır – və biz hamımız Mərkəzi Banka ümid edirik”, - deyə nazir bildirib.
Rusiya Mərkəzi Bankı fevralın sonunda Rusiyaya qarşı sanksiyalar və maliyyə bazarında artan dəyişkənlik fonunda təcili olaraq faiz dərəcəsini dərhal 10,5 faizə, illik isə 20%-ə qədər qaldırıb. Ancaq artıq aprelin 8-də faiz dərəcəsinin illik 17% -ə, aprelin sonunda isə 14%-ə endirilməsi qərara alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Azərbaycan və Rusiya kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq edirlər - səfir