BAKI, 19 may — Sputnik. Moskvanın birmandatlı dairələrindən seçilən deputatlar Moskva Dumasından olan həmkarlarının ABŞ səfirliyi önündəki meydanı Donbas müdafiəçilərinin şərəfinə adlandırmaq təklifini dəstəkləyiblər.
Belə ki, bu ideyanı deputat Yevgeni Popov dəstəkləyib.
Eyni zamanda, parlamentari Qalina Xovanskayanın fikrincə, belə bir qərarı daha sonra qəbul etmək lazımdır.
"ABŞ səfirliyi önündəki yerin adını dəyişmək hələlik tezdir, lakin bunu gələcəkdə, ola bilisn ki, bir ildən sonra etmək lazımdır", - o, izah edib.
Moskva Dövlət Miras Komitəsində öz növbəsində deputatların sorğusuna operativ şəkildə baxmağa söz veriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.