BAKI, 19 may - Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov BRICS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə regional münaqişələri, yeni çağırışlarla mübarizəni, həmçinin beştərəfli əməkdaşlıq perspektivlərini müzakirə edib. RİA Novosti xəbər verir ki, mayın 19-da BRİCS Xarici İşlər Nazirlərinin onlayn görüşü keçirilib.
“Görüş zamanı beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında əsaslı fikir mübadiləsi aparılıb. Nazirlər dünya işlərində kollektiv prinsiplərin gücləndirilməsi problemlərini, regional münaqişələri, yeni çağırış və təhdidlərə qarşı mübarizəni, beş dövlətin çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyətini müzakirə ediblər. Beştərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinə diqqət yetirilib”, - deyə Rusiya XİN-in saytında məlumat verilib.
Məlumatda qedy olunur ki, Lavrov Ukraynada vəziyyətin inkişafı və davam edən xüsusi hərbi əməliyyatla bağlı fundamental qiymətləndirmələrini ətraflı izah edib.
Həmçinin görüş çərçivəsində Argentina, Misir, İndoneziya, Qazaxıstan, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Seneqal, Tayland və digər ölkələrin diplomatik departamentlərinin rəhbərlərinin iştirakı ilə BRICS Plus formatında ayrıca sessiya keçirilib.
BMT, ÜTT və G20-də qarşılıqlı fəaliyyət vurğulanmaqla qlobal idarəetmə sisteminin vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
"Əsas iclasın yekunu olaraq, birgə bəyanat təsdiq edilib", - deyə XİN-dən bildiriblər.
Bəyanatda deyilir ki, silahlanma yarışının qarşısının alınması və kosmosda silah yerləşdirilməsinə çağırış edib.
"Nazirlər kosmosda fəaliyyətlərin uzunmüddətli davamlılığının təmin edilməsi, silahlanma yarışının qarşısının alınması və kosmosda silahların yerləşdirilməsinə dəstəklərini bir daha bəyan ediblər", - deyə Çin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş bəyanatda deyilir.
Qeyd olunur ki, şəffaflığın təmin edilməsi və etimadın möhkəmləndirilməsi üçün praqmatik tədbirlərin qəbul edilməsi kosmosda silahlanma yarışının qarşısının alınmasına töhfə verəcək.
Xatırladaq ki, BRİCS 2006-cı ildə formalaşıb. Assosiasiyaya Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika daxildir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.