CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hansı sahələrdən dövlət rüsumu tutulacaq? - Baş Nazirdən yeni qərar

Nazirlər Kabinetinin qərarına əsasən, balıqovlama biletinin verilməsinə görə, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.
Sputnik
BAKI, 19 may — Sputnik. Nazirlər Kabineti "Dövlət və ictimai ekoloji ekspertizanın həyata keçirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 21 may 2020-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, dövlət ekoloji ekspertizası rəyinin verilməsi haqqında qərarın qəbul edilməsinə görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.
Bundan başqa, Azərbaycanda səlahiyyətli iqtisadi operator statusunun verilməsi dövlət rüsumuna cəlb olunacaq.
Nazirlər Kabineti "Balıq və digər su bioresursları ovunun Qaydaları"nın təsdiq edilməsi haqqında" 2 iyun 2017-ci il tarixli qərarında dəyişiklik edib.
Dəniz sahilində balıq tutanlar, arxiv şəkli
Qərara əsasən, balıqovlama biletinin verilməsi haqqında qərarın qəbul edilməsinə görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.
Nazirlər Kabineti "Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması Qaydaları"nın təsdiq edilməsi haqqında" 27 avqust 2013-cü il tarixli qərarında dəyişiklik edib.
Qərara əsasən, səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsinə görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.