CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gəncə Memorial Kompleksinin konsepsiyası neçəyə başa gələcək

Vətən müharibəsi dövründə Gəncə şəhəri dəfələrlə Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” raket qurğularından atəşə tutulub.
Sputnik
BAKI, 19 may — Sputnik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Prezident İlham Əliyevin bu ilin yanvar ayında təməlini qoyduğu Gəncə Memorial Kompleksinin konsepsiyasının hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Dövlət satınalmalarının vahid internet portalına istinadən "Repot"un yaydığı xəbərə görə, tenderin qalibi “Chapman Taylor LLP”-dir. Qalib şirkətə 440 min manat ödəniləcək.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhəri 2020-ci ilin 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb.
Nəticədə 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ölkə başçısı İlham Əliyev cari ilin yanvarın 30-da Gəncə Memorial Kompleksinin təməlini qoyub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.