RUSİYA

Bütün dünyadakı mövcud problemlərin əsas günahkarları bu ölkələrdir - Volodin

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayına görə qeyri-dost ölkələri açıqlayıb.
Sputnik
BAKI, 19 may — Sputnik. Kanada və İsveçrə enerji və ərzaq qiymətlərində qlobal artıma səbəb olan Rusiyaya qarşı sanksiyaların sayına görə ilk üç qeyri-dost ölkələr sırasındadır, bu ölkələr bütün dünyada gələcək böhranlara görə məsuliyyət daşıyırlar. Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
Dövlət Dumasının spikeri Rusiyaya qarşı tətbiq edilən sanksiyaların sayına görə dost olmayan ölkələri açıqlayıb. Belə ki, birinci yerdə 1983 sanksiya tətbiq edən ABŞ, ikinci yerdə 1402 sanksiya qəbul edən Kanada, anti-Rusiya sanksiyaları ilə bağlı 1361 qərar qəbul edən İsveçrə ilk üçlükdə yer alır. Həmçinin Britaniya 1360 sanksiya, Avropa İttifaqı 1199 sanksiya, Avstraliya 1150 və Yaponiya 902 daxildir.
"Ölkəmizə qarşı 10 536 sanksiya tətbiq edilib. 24 fevral 2022-ci ilə qədər - 2 754, sonra daha 7 782", - Volodinin “Telegram” kanalında yayılan məlumatda deyilir.
"Rusiyaya qarşı qeyri-qanuni sanksiyalar tətbiq edərək, bu dövlətlər enerji resurslarının və ərzaq məhsullarının qiymətlərinin bahalaşmasına səbəb olub. Bütün dünyadakı mövcud problemlərin və gələcək böhranların əsas günahkarları bu ölkələrdir", - Dövlət Dumasının spikeri qeyd edib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Vladimir Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.