İspaniyanın Sant-Dominqo-de-la-Kalsada şəhərində pandemiyadan sonra ilk dəfə olaraq ənənəvi "Qızların yürüşü" keçirilib.
May ayında İspaniyanın şimalında Müqəddəs Dominqo "de-la-Calsada"nın xatirəsi anılır. Santo-Dominqo-de-la-Kalsada şəhərində şəhərin qurucusu gününün qeyd edilməsi geniş miqyasda keçirilir və bir neçə gün davam edir. Ən parlaq hadisələrdən biri də başlarında tül və atlasla örtülmüş Müqəddəs Çörəkli səbətlər daşıyan, tamamilə ağ geyinmiş qızların ənənəvi yürüşüdür.
Rəvayətə görə, Müqəddəs Dominqo çörək verdiyi və ən çox ehtiyacı olanlara hər zaman qayğı göstərərmiş. Qızlar rəmzi olaraq şəhərin qonaqpərvərliyini təmsil edir və köhnə xəstəxanada qocalara yemək aparırlar.