BAKI, 18 may — Sputnik. Belarusun Baş naziri Roman Qolovçenko Azərbaycana səfərə gəlib.
Belarus hökumətinin başçısını hava limanında Azərbaycan baş nazirinin müavini Əli Əhmədov qarşılayıb.
İki günlük proqram çərçivəsində Belarusun baş naziri Azərbaycan rəhbərliyi ilə görüşlər keçirəcək, Gəncə Avtomobil Zavoduna, "Caspian Agro" və "İnter Food" beynəlxalq sərgilərinə, həmçinin "İqlim" elmi-tədqiqat və istehsal müəssisəsinə baş çəkəcək.
Belarus və Azərbaycanın işgüzar dairələrinin görüşü də nəzərdə tutulub, bir sıra müqavilələrin imzalanması gözlənilir.
Qeyd edək ki, bu gün Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgiləri - "İnterFood Azerbaijan" öz işinə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.