BAKI, 18 may — Sputnik. Burunun kiçildilməsi artıq dəb halına düşdüyündən, hər kəs müxtəlif yolla burnunun formasını dəyişməyə can atır. Kimisi əməliyyatla, kimisi də müxtəlif kosmetoloji prosedurlarla.
Burunun kiçildilməsinə olan təlabat gözəllik salonlarını da rinoplastiklərin "bazar"ına girməyə sövq edib. Artıq müştərilərə gözəllik salonlarında burunun kiçildilməsi xidmətləri adı altında müxtəlif kosmetoloji prosedurlar təklif olunur. Bunlardan ən çox dəb halını alanı isə plaxpot cihazı vasitəlilə burunun kiçildilməsidir.
Plaxpot cihazı burun kiçildirmi?
Kosmetoloqlar burunun müəyyən nayihələrinin yandırılması ilə burunun kiçildilməsi xidməti göstərirlər. Kampaniya ilə bu prosedur 99 manata təklif edilir. "15 dəqiqəyə əməliyyatsız, iynəsiz, tikişsiz, ağrısız, kəsiksiz estetik burun" şüarı altında keçirilən kampaniyalarda plaxpot cihazının ötürdüyü plazma nöqtələri ilə estetik nəticə əldə olunduğu bildirilir.
Gözəllik salonları bu prosedurun təhlükəsiz olduğunu bildirsələr də xidmətdən yararlanan pasiyentlər arasında artıq yanıq problemindən şikayətlənənlər var.
Burnu nekrozlaşan pasiyentlər çarəsiz durumda
Fatimə Şabanova adlı gənc xanım Sputnik Azərbaycan-a açıqlamasında plaxpot cihazı vasitəsilə burnunu kiçiltmək istəyərkən burnunda yanıq problemləri yarandığını söyləyib. Onun sözlərinə görə, gözəllik salonlarının elanlarında bu proseduru görərək müraciət edib. Kosmetoloq ona cərrahi əməliyyat olmadan qüsursuz buruna sahib olacağını vəd edib. Plaxpot cihazı vasitəsilə burnunun ön hissəsinə plazma nöqtələri edildikdən sonra pasiyent problemlərlə üzləşib. O, burnunun dərisinin yandığını, yanıq ləkələrinin getmədiyini söyləyir. Bu barədə kosmetoloqa şikayət etdikdə o, pasiyentə narahat olmamağə tövsiyyə edərək yanıq ləkəsinin tədricən gedəcəyini bildirib.
F. Şabanova bu prosedurdan sonra burnunda nekrozlaşma qeydə alınan pasiyentlərin də olduğunu söyləyir: " Gözəllik salonuna gələn daha bir pasiyentin isə burnu nekrozlaşmışdı".
Kosmetoloji mərkəzlər insanları inandırmağa davam edir
Kosmetoloji mərkəzlərdən isə plaxpot cihazı ilə burun kiçiltmənin heç vaxt fəsad vermədiyini bildirdilər. "Orxideya Beauty Studio"nun Pərvin adlı kosmetoloqu kosmetoloqu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, plaxpot cihazı təcrübəsiz kosmetoloqlar tərəfindən istifadə edildikdə fəsad verir: "Bu aparatdan istifadə etmək üçün tədris keçmək lazımdır. Bəzi insanlar tədris keçmədən aparatdan istifadə edir. Bu isə problemlər yaradır".
Kosmetoloq bildirdi ki, aparat məsamələri yığdığndan rinoplastika effekti verir.
Qeyd edək ki, sosial platformada plaxpot cihazı vasitəsilə burun prosdurlarından sonra şikayətlənən onlarla pasiyent var. Onlar bu prosedurdan sonra burun nayihəsində yanma, nekrozlaşma kimi fəsadların yarandığını söyləyib.
Məşhur kosmetoloqdan xanımlara xəbərdarlıq!
Kosmetoloq Elnarə Rzayeva Sputnik Azərbaycan-a müsahibəsində plaxpot adlı cihazla burun kiçildilməsinin fəsadlarından danışıb. Kosmetoloq bildirib ki, bəzi gözəllik salonlarında, estetik klinikalarda pasiyentlərə cərrahiyyə əməliyyatı olmadan qüsursuz buruna sahib olmaq vəd edilir. Bu prosedur rinoplastika ilə müqayisədə çox ucuz olduğundan, pasiyentlər belə vədlərə aldanır.
2-3-cü dərəcəli yanıq ala bilərsiz!
Onun sözlərinə görə, bir neçə ildir ki, plaxpot adlı cihaz Azərbaycana gətirilib. Bu cihaz əvvəllər göz qapaqlarını yandıqmaq məqsədilə gətirilsə də, son vaxtlar burunun kiçildilməsində istifadə edilir: "Cihazdan təyinatı üzrə istifadə edilmir. Hətta göz qapaqlarının yandırılmasında istifadə zamanı da effekt vermədi. İnsanların ən həssas yeri burun olduğundan, indi bu aparatla burun kiçildilməsi xidməti göstərilir. Aparatın burunu kiçiltmək üçün heç bir təsiri yoxdur. Əksinə, burunda 2-ci, 3-cü dərəcəli yanıq baş verir".
E. Rzayeva deyir ki, bu prosesdən sonra burunun ön hissəsi qızarır, qaralır və irinləyir. Nəticədə burun nekrozlaşır. İnsanlar məcbur qalıb bu zaman cərraha üz tuturlar: "Bu prosedurdan heç bir kiçiltmə effekti göən yoxdur. Bu insanlara psixoloji olaraq da təsir göstərir. Çünki, insanın üzündə xoş olmayan görüntü yaradır. Yanıq zamanı infeksiya düşərsə, problem daha da böyüyür. Mən xanımları bu cür kampaniyalara aldanmamağa səsləyirəm. Kosmetoloqlar pul xərtinə insanları şikəst qoyurlar. Bu prosedur burunun çürüməsi ilə nəticələnə bilər".
Kosmetoloqun sözlərinə görə, belə hallarda pasyentlər mütləq Səhiyyə Nazirliyinə müraciət etməlidir: "Gözəllik salonlarında və estetik mərkəzlərdə aparatlardan təyinatı istifadə edilib-eidlmədiyi araşdırılmalıdır".
Estetik həkimlər də həyəcan təbili çalır
Məşhur estetik cərrah Sirus Qoçxani Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, burun həssas orqan olduğundan onun bu cür aparatlarla yandırılması ciddi fəsad verə bilər: "Çox təəssüf ki, rinoplastikaya imkanı çatmayan insanlar belə ucuz prosedurlara inanaraq müraciət edirlər. Əslində bu aparatın burunu incəltmək, kiçiltmək kimi bir funksiyası yoxdur. Dərini yandırmaqla burunu kiçiltmək mümkün deyil. Plaxpot aparatının belə bir özəlliyi də yoxdur".
S. Qoçxani onu da bildirib ki, xarici şirkətlər belə aparatları gətirirərək kosmetoloqları aldadıb satırlar: "Mənə də burunu bu aparat vasitəsilə yandırılan pasiyent müraciət etmişdi. Bu çox ciddi fəsad verə, burunun nekrozlaşmasına səbəb ola bilər. İnsanlar bu cür aparatlarla burun kiçiltmə prosedurlarına aldanmasınlar. Burunun nekrozlaşması zamanı pasiyent cərrahi əməliyyatla müalicə olunur. Bu fəsadı başqa cür aradan qaldırmaq mümkün deyil".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.