AZƏRBAYCAN XƏBƏRLƏRİ

Zəngəzur dəhlizinin region üçün daha bir özəlliyi

Mikayıl Cabbarov Zəngəzur dəhlizinin region üçün əhəmiyyətini açıqlayıb.
Sputnik
BAKI, 17 may — Sputnik. Zəngəzur dəhlizi regionun bütün ölkələri üçün nəqliyyat sahəsində yeni imkanlar yaradacaq.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Aİ-Azərbaycan biznes forumunda deyib.
Onun sözlərinə görə, təkcə yol və infrastruktur tikintisi sahəsində deyil, həm də sosial infrastruktur obyektlərinin yaradılması sahəsində işlər aparılır.
"Dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi üçün Azərbaycan hökuməti tərəfindən müvafiq layihələr təqdim olunur. Həmçinin Zəngəzur dəhlizi təkcə ölkəmiz üçün deyil, həm də regionun digər dövlətləri üçün nəqliyyat sahəsində yeni imkanlar yaradacaq. Ağdam sənaye zonası və Araz vadisi iqtisadi zonası azad edilmiş ərazilərin inkişafının sürətlənməsi üçün imkanlar yaradır", - nazir deyib.
Xatırladaq ki, oktyabrın 26-da Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Şərqi Zəngəzur və Qarabağın faydalı qazıntıları ilə bağlı məlumat bazası yaradılacaq