RUSİYA

Zaxarova: Finlandiya və İsveç bunları Vaşinqtonun təzyiqi altında edir

Rusiya XİN rəsmisinin sözlərinə görə, bu ölkələrin Vaşinqtonun siyasi qüvvələrinin təzyiqi altında etdikləri Rusiyanın əl-qolunu açır.
Sputnik
BAKI, 17 may — Sputnik. Finlandiya və İsveçin Vaşinqtonun təzyiqi altında hərbi bloklara qoşulmaqdan imtinası Rusiyanın əl-qolunu açır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyov LIVE" telekanalının efirində bildirib.
"Finlandiya və İsveçin xalqlarının deyil, Vaşinqtonun siyasi qüvvələrinin təzyiqi altında etdikləri Rusiyanın əl-qolunu açır", – diplomat deyib.
"Bu gün Vaşinqton təzyiq altında neytral mövqe tutan bu ölkələri məcbur edir. Uzun onilliklər ərzində hərbi bloklara qoşulmamaq, onları strateji istiqamətlərini və kurslarını dəyişməyə məcbur etmək siyasəti bizim əl-qolumuzu açıb".
Qeyd edək ki, ötən gün Rusiya XİN İsveç NATO-ya daxil olduqdan sonra Rusiyanın hərbi-texniki xarakterli cavab addımları atmağa məcbur olacağını açıqlayıb. Məlumatda bildirilir ki, konkret tədbirlər alyansın zərbə silahlarının İsveç ərazisində yerləşdirilməsi perspektivlərindən asılı olacaq.
Xatırladaq ki, ötən bazar İsveçin hakim Sosial Demokrat Partiyası NATO-ya üzvlük üçün müraciət etmək qərarını açıqlayıb. Eyni zamanda İsveçin müraciətə müsbət cavab veriləcəyi təqdirdə öz ərazisində nüvə silahı və hərbi bazaların yerləşdirilməsinə qarşı çıxacağı qeyd olunub.
Ölkənin Baş naziri Maqdalena Andersson bildirib ki, NATO-ya üzv olmaq ölkənin və İsveç xalqının təhlükəsizliyinə müsbət təsir göstərəcək.
Bazar günü Finlandiya da rəsmi olaraq Şimali Atlantika Alyansına qoşulmaq qərarına gəlib.
KİV-in məlumatına görə, İsveç hökuməti artıq NATO-ya ərizə məktubu hazırlayıb və sənədin Finlandiya ilə eyni vaxtda quruma göndərilməsi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Qərbin heç bir addımı cavabsız qalmayacaq - Zaxarova