BAKI, 17 may — Sputnik. Salyan rayonunun Xocalı kəndində 3660 metr uzunluğunda qaz xətti çəkiləcək. Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev öz sosial şəbəkə səhifəsində paylaşım edib. Məlumata əsasən, qeyd olunan qaz xətti çəkilməklə 87 abonent təbii qazla təmin olunacaq.
Xatırladaq ki, 2022-ci ilin qazlaşdırma proqramı çərçivəsində, 69 kəndin və 62 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb. Hazırda onlardan 32-sində bu işlər davam edir. O qeyd edib ki, hazırda respublika üzrə mənzillərin və fərdi evlərin qazlaşdırılması səviyyəsi isə 96.3 faizdir:
"Yanvar-apreldə 201 kilometr yeni xətt çəkilib. Çəkilən 26 kilometr qaz xətti Bakı-Abşeronun payına düşüb. Ümumilikdə 4 ayda əsaslı təmir olunan qaz kəmərləri 32 kilometr olub ki, bunun da 21 kilometri Bakının payına düşüb".