BAKI, 17 may - Sputnik. NATO-nun Finlandiya və İsveç hesabına şərqə doğru genişlənməsi Rusiyanın təhlükəsizliyi üçün yeni təhlükədir. Moskva Kalininqraddan Murmanska, Baltik dənizindən Barens dənizinə qədər əraziyə yeni hərbi birləşmələr və yüksək texnologiyalı zərbə (nüvə) silahları yerləşdirməklə cavab verməyə məcburdur.
Finlandiya və İsveç NATO ilə çoxdan və sıx əməkdaşlıq edir və bu gün onlar dövlətin neytrallığı və suverenliyinin qalıqlarını ABŞ maraqlarına qurban verməyə hazırdırlar. Helsinki və Stokholmda müvafiq qərarlar qəbul edilib və onlar icra mərhələsindədir.
Alyans ölkələrinin xarici işlər nazirləri mayın 15-də Berlində yeni üzvlərin qəbulunu müzakirə edib və gözlənilən “tarixi” hadisəni müsbət qiymətləndiriblər. Madriddə keçiriləcək NATO Sammitində daha təhlükəli və rəqabət mühitinə uyğunlaşma üçün yeni Strateji Konsepsiya və plan qəbul ediləcək.
Xatırladım ki, 2020-ci ilin dekabrından alyans Rusiyanı rəsmi olaraq özünün rəqibi və 2030-cu ilə qədər əsas hərbi təhlükə hesab edir. Kimin hara və niyə daxil olmasını hər kəs başa düşür.
Finlandiya və İsveçin Şimali Atlantika Alyansına daxil olması Şimal-Qərb istiqamətində Rusiyaya qarşı hərbi təhdidlərin dairəsini xeyli genişləndirəcək. Potensial əməliyyatlar səhnəsi olacaq, Baltikdən Barens dənizinə qədər 2000 kilometrlik cəbhə quru qoşunlarının, Rusiya Hərbi Dəniz Qüvvələrinin və Rusiya Aerokosmik Qüvvələrinin yeni birləşmələri və bölmələri, yüksək texnologiyalı zərbə silahları, hipersəs raketləri və hava hücumundan müdafiə sistemləri ilə əhatə məhkəmləndirilməlidir.
Təsadüfi deyil ki, dünən xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiya Federasiyasının Finlandiya və İsveçin NATO-ya daxil olmasını qəbul etməyəcəyini bildirib. Bu, eskalasiya yoludur, “nəticələrinin necə olacağı bilinməyən səhvdir”.
Xüsusi hərbi-texniki əks tədbirlər yəqin ki, artıq Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən hazırlanır. Cavabın dinamikası və sərtliyi regionda vəziyyətin necə inkişaf edəcəyindən asılıdır.
Bir şey aydındır ki, Moskva heç kimə cəzasız olaraq Rusiya sərhədləri yaxınlığında hərbi təhlükə yaratmağa icazə verməyəcək.
Bundan əvvəl Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski nüvə dövlətini təhdid edən ölkələrə “bütün variantları nəzərə almalı olduqlarını” xatırladıb. Nüvə gərginliyinin yaranmasının mümkünlüyü istisna edilmir.
Nüvə gərginliyi
Rusiyanın mümkün kompensasiya tədbirlərinin miqyasını başa düşmək üçün ittifaqa "təzə qəbul edilənlərin" döyüş potensialını nəzərdən keçirək.
"Global Firepower" hərbi güc reytinqində Finlandiya 142 mümkün ölkə arasında 53-cü yeri tutur ki, bu da Belarusdan bir pillə aşağı mövqedir. Bu, 5,6 milyon nəfər əhalisi və 23 minlik ordusu (səfərbərlik potensialı - 900 min nəfər) olan neytral ölkə üçün yaxşı göstəricidir.
Quru qoşunları 200 tank, 2000-dən çox digər zirehli texnika, 777 artilleriya və 46 raket sistemi ilə silahlanıb. Finlandiya Hərbi Hava Qüvvələrinin əsasını 55 zərbə təyyarəsi və 20 helikopter təşkil edir. Hərbi Dəniz Qüvvələrinin sərəncamında isə 8 patrulvə 18 minaaxtaran gəmisi var.
Helsinki bu yaxınlarda ABŞ-dan 64 ədəd F-35A qırıcısı və mühüm mobil və stasionar hədəfləri məhv etmək üçün nəzərdə tutulmuş 120 ədəd "AGM-158 JASSM" yüksək dəqiqlikli hava-yer qanadlı raketlərinin partiyasını (uçuş məsafəsi 370 km-ə qədər) sifariş edib.
Finlandiya mətbuatı Qərb mətbuatına istinad edərək, ölkənin NATO-nun Balkanlar, Əfqanıstan və İraqdakı əməliyyatlarında xüsusi rolundan, Avropanın ən yaxşı fin artilleriyaçılarından, pilotlarından və kibermütəxəssislərindən bəhs edir. Bəzi iddialara görə, Finlandiyanın Almaniyadan daha çox tankı var. Bu açıq-aşkar və militarizasiyanın xeyrinə danışılan yalandır.
İsveç hərbi gücünə görə dünyada 25-ci yerdədir (Polşa və Cənubi Afrika arasında), hər halda, çox inandırıcı neytrallıqdır, deyilmi?
Əhalisi sayca Finlandiyadan iki dəfə çox olmasına (10,3 milyon nəfər) baxmayaraq, İsveç ordusu xeyli azsaylıdır - cəmi 16 min "süngü".
Adam sayı az olsa da, "dəmir"i çoxdur. Quru qoşunları 120 tank, 3370 digər zirehli texnika, 192 artilleriya və 140 raket sistemi ilə silahlanıb. İsveç Hərbi Hava Qüvvələrinin 70 zərbə təyyarəsi və 50-dən çox helikopteri var.
Hərbi Dəniz Qüvvələrinin sərəncamında olan 7 korvet, 5 sualtı qayıq, 170 patrul kateri və minaaxtaran gəmisi Stokholmun qürur mənbəyidir.
Nəticəni ümumiləşdirək. Finlandiya və İsveçin simasında Rusiyaya düşmən olan NATO bloku 39 min hərbi qulluqçu, 320 tank, 1000-dən çox artilleriya qurğusu, 125 döyüş təyyarəsi və 70 helikopter şəklində əlavələr ala bilər. Üstəlik Avropanın şimalında əlverişli strateji mövqelər (uzunluğu 1000 km-dən çox olan quru Rusiya-Finlandiya sərhədi).
“Təzələr” NATO-ya üzv olmaq üçün mərhələləri keçdiyi vaxt, yüksək səviyyəli tərəfdaşlar (xüsusən də ingilislər) “alyansa qoşulmazdan əvvəl İsveç və Finlandiyanın təhlükəsizliyini təmin etmək” üçün Baltikyanı regionda hərbi mövcudluğunu artırırlar. Lakin, bununla yanaşı regionda heç bir obyektiv təhlükə yoxdur.
ABŞ-ın Wilson Center analitik mərkəzinin 2021-ci ildə apardığı sorğu nəticəsində məlum olub ki, finlərin təxminən 26%-i alyansa qoşulmağın tərəfdarı, 40%-i isə əleyhinədir. Əvvəllər Finlandiya cəmiyyəti “uzun onilliklər” üçün üzvlük məsələsində birmənalı qərar verə bilmirdi.
İsveçdə 2022-ci ildə oxşar sorğunun nəticələri lehinə 42%, əleyhinə isə 37% səslə nəticələnib. Şimali Avropanın neytral ölkələrinin məsuliyyətsiz şəkildə anti-Rusiya hərbi blokuna cəlb edilməsi təhlükəsizliyə deyil, ABŞ və NATO-nun qarşıdan gələn və sonuncu Fin və İsveçliyə qədər davam edə biləcək təcavüzünə xidmət edir.
Bugünkü Ukrayna neytral ölkədə alyans qüvvələri tərəfindən ölkə ərazilərinin mənimsənilməsindən sonra baş verən fəlakətli dəyişikliklərin parlaq nümunəsidir.
Bu dəmdə Polşa növbəti dəfə Rusiyanın Kalininqrad vilayətini demilitarizasiya etməyi təklif edib.
Bu yaxınlarda NATO-ya qoşulmuş ölkələr - "cəbhəyanı" adlanan dövlətlər Amerikalı ağalarının rəğbətini qazanmağa çalışaraq Rusiyaya qarşı daha da aqressivlik nümayiş etdirirlər.
Bu, Avropa üçün çox təhlükəli tendensiya, Finlandiya və İsveç üçün tələdir. Şimali Atlantika ittifaqı buna hüququ olmadan, hətta silahlanma sahəsində texnoloji üstünlük əldə etmədən planetdə dünyanın sabitliyini pozur. Təhlükə altına ilk olaraq "kiçik müttəfiqlər" atılır. Birləşmiş Ştatların başçılıq etdiyi kollektiv Qərb manyakcasına Rusiya və Çinlə qlobal hərbi münaqişəyə doğru irəliləyir.
Bununla belə, dünyada sağlam qüvvələr getdikcə birləşir, Avropa və NATO dövlətlərarası ziddiyyətlər, Kiyev rejiminə mənasız silah tədarükü və onların özlərinin məhvinə aparan anti-Rusiya sanksiyaları nəticəsində zəifləyir.